Şəmkirdə "06" və "07" ilə avtoxuliqanlıq edənlər belə saxlanıldı - FOTO - VİDEO

Avtoreyd 16 Mart 2020 12:20 Oxunub 2611
Şəmkirdə "06" və "07" ilə avtoxuliqanlıq edənlər belə saxlanıldı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki şəxs barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücüləri saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakinləri, 22 yaşlı Elnur Teymurlu və Əli Alıyevin sürücülük hüququ olmadan idarə etdikləri “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillər ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri məlum olub.

Hər iki şəxs barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

 

Namiq Musayev

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh