Yol polisinin bütün patrul maşınları dezinfeksiya edilir - VİDEO

Yol polisi 16 Mart 2020 19:55 Oxunub 2661
Yol polisinin bütün patrul maşınları dezinfeksiya edilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
YPX avtomobillərində dərmanlama aparılır

Dünyada yayılmış koronavirus epidemiyası ilə əlaqədar, o cümlədən kəskin respirator virus xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda bir sıra sahələrdə, o cümlədən nəqliyyat sektorunda genişmiqyaslı qabaqlayıcı tədbirlər görülür. Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarına əsasən gündəlik olaraq, avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan az olmamaq şərti ilə avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir.
Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının stasionar postlarında dezinfeksiya işlərindən sonra YPX avtomobilində də proses davam etdirilir. Bütün postlarda xidmət aparan YPX avtomobiləri xüsusi maddə ilə virusa qarşı dərmanlanır. Videomaterialı təqdim edirik:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh