Yalnız bu şəxslər qaydanı pozanda cərimələnmir - VİDEO

Yol polisi 17 Mart 2020 12:20 Oxunub 1426
Yalnız bu şəxslər qaydanı pozanda cərimələnmir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunun tələbinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət nəzərdə tutulub

“Yol hərəkəti haqqında” Qanunun tələbinə görə hər bir sürücü avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməlidir.

Qanunun tələbinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət nəzərdə tutulub. Bəzi hallarda müəyyən kateqoriyalı sürücü və sərnişinlərin kəmərdən istifadə etməməsinə yol verilir.

Bəs onlar hansılardır?

12 yaşadək uşaqlar, hamilə qadınlar, geriyə manevr edən avtomobilin sürücüsü, yaşayış məntəqəsi daxilində operativ nəqliyyat vasitələrinin sürücü və sərnişinləri təhlükəsizlik kəmərini taxmaya bilərlər.

Avtosfer.az nuhcixan.az-a istinadla həmin videomaterialı təqdim edir:

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh