Avtosfer.az | Reklam
Bakıda "Niva" sürücüsü yenidən şouya başladı: DYP-nin diqqətinə- 10 NK 501 - VİDEO
Qaydalar 17 Mart 2020 12:30 830 dəfə oxunub
Bakıda "Niva" sürücüsü yenidən şouya başladı:  DYP-nin diqqətinə- 10 NK 501 - VİDEO
Sürücü axına qarşı hərəkət edərək təhlükə yaradıb

Bir müddət əvvəl paytaxtın Babək prospektində qaydaları pozan 10-NK-501 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az saytında dərc edilmişdi. Həmin sürücünün daha bir təhlükəli hərəkəti sosial şəbəkədə yayılıb. Belə ki, qeyd etdiyimiz 10-NK-501 qeydiyyat nişanlı "Niva markalı avtomobilin sürücüsü Nobel prospektindən gələrək dəniz kənarı yoluna daxil olan zaman əks istiqamətlə hərəkət etməyə başlayıb. Sürücü axına qarşı hərəkət edərək qarşıdan gələn sürücülərə konkret təhlükə yaradıb. Eyni zamanda sürücünün görünüşünü məhdudlaşdıran, yəni qabaq yan şüşələrdə pərdələrin olması da görüntüdə aydın şəkildə görünür.

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh