Avtosfer.az | Reklam
İki avtomobilə təhlükə yaradan sürücü- 10 AN 045 - VİDEO
Qaydalar 17 Mart 2020 13:15 524 dəfə oxunub
İki avtomobilə təhlükə yaradan sürücü-  10 AN 045 - VİDEO
Sürücü ötmə və manevr qaydalarını pozub

Bakı-Sumqayıt yolunda ötmə və manevr qaydasını pozan sürücü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, martın 17-i qeyd etdiyimiz yolun şəhər istiqamətində hərəkət edən 10-AN-045 qeydiyyat nişanlı "Vaz" markalı avtomobilin sürücüsü öncə ötmə edən sürücünün hərəkətinə mane olub. Sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalından istifadə etməsinə baxmayaraq sürücü ona yol verməyib. O, daha sonra sol zolağa yerdəyişmə edərkən "Vaz 2107" markalı avtomobilin də hərəkətinə mane olub.

Qanunvericilikdə qeyd olunub ki, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki,  eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir. 

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh