Yol qəzasında dünyasını dəyişən müğənnilərimiz - FOTOLAR

Avtosfer Foto 21 Mart 2020 14:00 Oxunub 8406
Yol qəzasında dünyasını dəyişən müğənnilərimiz - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sənət aləminin bir çox tanınmış siması yol qəzası zamanı dünyasını dəyişib

Sənət aləminin bir çox tanınmış siması yol qəzası zamanı dünyasını dəyişib. Yol qəzasında ölən qəzada ölən yerli məşhurların siyahısını təqdim edirik:

Müğənni Şəfa Hüseynova - 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Şəfa "Geri dön” və "Sevgi qatarı” mahnıları ilə tanınıb.
Yol qəzasında dünyasını dəyişən müğənnilərimiz - FOTOLAR
Reper Hüseyn Dərya - 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Yol qəzasında dünyasını dəyişən müğənnilərimiz - FOTOLAR
Müğənni Rəcəb Musayev – Tamaşaçılar Rəcəbi "Yeni ulduz 2” müsabiqəsindən tanıyırdı. Yarışmanın qalibi olmuşdu. Mərhum müğənni 2011-ci il yanvarın 8-də yol qəzası keçirib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yol qəzasında dünyasını dəyişən müğənnilərimiz - FOTOLAR
Müğənni Leyla – Leyla da tamaşaçılara "Yeni ulduz” müsabiqəsindən tanışdır. O, eyni zamanda, "Əziz müəllimim” adlı məşhur mahnını ifa edən sənətçilərdən biri olub. Uzun müddət Rusiyada yaşayan Leyla, Bakıya qayıtmış və sənəti ilə məşğul olmağa başlamışdı. Gecə saatlarında evinə gedərkən avtomobili ilə qəza keçirib, dünyasını dəyişib.
Yol qəzasında dünyasını dəyişən müğənnilərimiz - FOTOLAR
Aktyor Ramiz Əliyev – Hər kəs onu "Çal-çağır” verilişində "Böyük xanım" rolu ilə tanıyırdı. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru idi. 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.
Yol qəzasında dünyasını dəyişən müğənnilərimiz - FOTOLAR

Daha bir tanınmış şəxs isə meyxanaçı Bayramdır. Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub.   Meyxanaçını 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində avtomobil vurub. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən, Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Bayram Kürdəxanlı.jpg

Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s.

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi.

Səxavət Məmmədov.png

ŞƏRH YAZ
Ad

E-mail

Şərh