İnsanları heyrətə salan it - FOTO

Avtosfer Foto 17 Mart 2020 19:30 Oxunub 3115
İnsanları heyrətə salan it - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heyvan nəhəngliyinə baxmayaraq, çox mehriban və zərifdir

Sosial şəbəkə istifadəçiləri boyu 2 metri keçən nəhəng iti müzakirə edirlər. Avtosfer.az xəbər verir ki, heyvanın fotoları “Mirror” nəşrində dərc edilib.

Qeyd edilir ki, itin boyu 213,36 santimetr, çəkisi isə 95 kiloqramdır.

Heyvanın sahibi, Kanadanın Ontario əyalətindən olan 35 yaşlı Cenni Sakkoççanın sözlərinə görə, onun 8 yaşlı Qrom ləqəbli itini tez-tez ata oxşadırlar: “İnsanlar dayanıb baxırlar və inana bilmirlər ki, bu itdir. Hamı düşünür ki, bu atdır”.

Sahibi onu da əlavə edib ki, heyvan nəhəngliyinə baxmayaraq, çox mehriban və zərifdir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh