Yol polisi gizlənib radar qurdu - 99 YP 276 - Sürücülər alqışladı - VİDEO

Yol polisi 18 Mart 2020 09:15 Oxunub 4519
Yol polisi gizlənib radar qurdu -  99 YP 276 - Sürücülər alqışladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gizlənib xidmət aparmaq təlimata ziddir

Bakıda gizlənib xidmət aparan yol polisinin görüntüsü oxucuların biri tərəfindən qeydə alınıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınan videodan aydın şəkildə görünür ki, Nizami rayon DYP şöbəsinin 99-YP-276 qeydiyyat nişanlı patrul avtomobili yolun sağında gizlənərək xidmət aparıb. O, sürət həddini aşan sürücüləri qeydə almaq üçün radar qurub.
Qeyd edək ki, bir müddət əvvəl Yol Patrul Xidməti haqqında təlimatdan gizli xidmət çıxarılıb. Ona görə də gizlənib xidmət aparmaq təlimatın tələblərinin pozulmasıdır.

Lakin sosial şəbəkələrdə yayılan videoya əksər istifadəçilər müsbət fikirlər yazıb. Bildiriblər ki, əslində, polis düz edir, qayda pozan olmasa cərimə olunan da olmayacaq.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh