Avtosfer.az | Reklam
İdarəetmədən çıxan “Reno” dəmir arakəsmələrə girdi: 3 ölü, 1 yaralı - FOTO
Avtosfer Foto 18 Mart 2020 12:45 1101 dəfə oxunub
İdarəetmədən çıxan “Reno” dəmir arakəsmələrə girdi: 3 ölü, 1 yaralı - FOTO
Zərbənin təsirindən dəmir arakəsmələr avtomobilin salonuna daxil olub

Türkiyənin Manisa vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza İzmir – İstanbul avtomagistralının Akhisar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 46 yaşlı Əli Mühacir idarə etdiyi 35 SL 425 qeydiyyat nömrə nişanlı “Renault” markalı minik avtomobillə, hərəkətdə olarkən hələlik məlum olmayan səbəblərdən idarəetmədən çıxıb və maşın sürətlə yol ayrıcındakı dəmir arakəsmələrə çırpılıb. Zərbənin təsirindən dəmir arakəsmələr avtomobilin salonuna girib.

Nəticədə 3 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1-i isə təcili tibbi yardım briqadasının köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh