Avtosfer.az | Reklam
Bu sürücü avtomobilinə polis siqnalı quraşdırıb- 90 TF 568 - VİDEO
Qaydalar 18 Mart 2020 16:20 1168 dəfə oxunub
Bu sürücü avtomobilinə polis siqnalı quraşdırıb-  90 TF 568 - VİDEO
Eyni vaxtda bir neçə qayda pozub

Yol hərəkəti qaydasını pozan sürücünün görüntüsü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, martın 17-i Bakı-Sumqayıt yolunda hərəkət edən 90-TF-568 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində yerləşmə qaydasını pozaraq iki zolağın arası ilə hərəkət edib. O, daha sonra qarşısındakı avtomobili sol tərəfdən sıxışdıraraq təhlükəli vaziyyət yaradıb. Sürücü məqsədinə çata bilmədiyini görərək avtomobilinə qanunsuz quraşdırılmış çoxavazlı səs siqnalından istifadə edib.
Qayda pozmağı azmış kimi, qarşısındakı abtomobilin sürücüsünə "gah oradan gedirsən, gah buradan" deyərək özünü haqlı saymağa başlayıb. Mübahisə etdikdən sonra isə iki zolağın arası ilə hərəkət edərək qaydaları yenə də pozub.

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh