Sürücü izləmə sistemi yollarda təhlükəsizliyi artıracaq

Avtoxəbər 22 Mart 2020 16:30 Oxunub 1590
Sürücü izləmə sistemi yollarda təhlükəsizliyi artıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göz hərəkətini nəzərə alaraq sürücünün baxış sahəsini modelləşdirmək mümkün olacaq?

Sistem fərqli sürücülərin sürücülük xüsusiyyətlərini yadda saxlaya və iqlim kontrolla, güzgü qurğuları, sükan və avtomobil oturacağı ilə qarşılıqlı əlaqə qura bilər. İspaniyanın SEAT avtomobil istehsalçısının nümayəndələri Xplora komandasının avtomobil sürücüsünün vəziyyətini izləmək üçün sistemin pilot versiyasını təqdim etməyə hazır olduqlarını söyləyiblər. Xplora ilə birlikdə layihə üzərində İsraildə kompüter görmə və süni intellekt sahəsində lider sayılan Eyesight Technologies şirkəti çalışır. Yaxın gələcəkdə, sistem, yol təhlükəsizliyini artırmaq üçün yeni bir həll təqdim edəcəkdir.

Təhlükəsizlik məqsədilə izləmə

SEAT nümayəndələrinin sözlərinə görə, müasir əyləc yardım sistemləri, ADAS sistemləri və bu kimi digər texnologiyalar sürücünün köməyinə və zərurət yarandıqda avtomobil idarə etmənin bəzi vəzifələrini yerinə yetirməyə hesablanıb. Bu sistemlər yoldakı vəziyyəti və nəqliyyat vasitələrinin hərəkətindəki dəyişiklikləri "izləyirlər", lakin sürücünün vəziyyətini nəzərə almırlar. Xplora və Eyesight Technologies isə məhz bu vəzifələri yerinə yetirən bir sistem təqdim edir:

Göz hərəkətini nəzərə alaraq sürücünün baxış sahəsini modelləşdirmək;

Sürücünün üzünün və onun cari vəziyyətinin analizinin rəqəmli surətlərinin formalaşması;

Xplora, sistemin fərqli sürücülərin sürücülük xüsusiyyətlərini yadda saxlaya biləcəyini və iqlim nəzarəti, güzgülər, sükan və avtomobil oturacağı ilə qarşılıqlı əlaqədə ola biləcəyini iddia edir. Bir "tanış" şəxsin sürücülük etdiyi görünürsə, o zaman idarəetmə bölməsinə sürücünün üstünlük verdiyi temperatur və digər parametrləri təyin etməyi əmr edir. Sistemin əsasını süni intellekt təşkil edir ki, onun əsas vəzifəsi sürücü barədə toplanmış məlumatları izləməkdir. Xüsusi bir alqoritm isə insanın diqqətin yola yönəlmədiyi halları təyin edir. Sürücü, məsələn, alətlər panelinə uzun müddət baxırsa, sistemdə səsli bir xəbərdarlıq işə düşəcək.

Təhlükəsizliyə necə təsir edəcək

Nəqliyyat vasitələrində tətbiq edilməsi planlaşdırılan yeni SEAT sistemi unikal sayılır. Avtomobil konserninin analitiklərinin fikrincə, sürücü izləmə sistemi qəzaların sayını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

 

Tərcüməçi: Fəxri Qocayev

Mənbə: lenta.ua

ŞƏRH YAZ
Ad

E-mail

Şərh