"Bakının avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb"

Yeniliklər 18 Mart 2020 17:00 Oxunub 1122
"Bakının avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlham Əliyev: "Bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur"

"Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır". Avtosfer.az-ın xəbərinə görə, bunu martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur: "Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh