Avtosfer.az | Reklam
Nazir Yaşar Əliyevin oğluna vəzifə verdi
Avtoxəbər 18 Mart 2020 17:35 372 dəfə oxunub
Nazir Yaşar Əliyevin oğluna vəzifə verdi
Tural Əliyev Baş Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili vəzifəsinə gətirilib

Daxili İşlər Nazirliyində növbəti təyinat olub. Avtosfer.az oxu.az-a istinadən məlumat verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, mayor Tural Əliyev DİN-in Baş Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili vəzifəsinə gətirilib. O, bundan əvvəl Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, Tural Əliyev DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyevin oğludur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh