Avtosfer.az | Reklam
BMW istehsalı 4 həftəlik dayandırır
Avtoxəbər 18 Mart 2020 19:00 471 dəfə oxunub
BMW istehsalı 4 həftəlik dayandırır
“Rosslyn” zavodunun da işinə aprelin 19-dək fasilə verilməsi planlaşdırılır.

Almaniyanın aparıcı avtomobil istehsalçısı BMW koronavirusun yayılması ilə əlaqədar Avropadakı zavodlarının işini 4 həftəlik dayandıracaq.

Avtosfer.az-ın məlumatına görə “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Şirkətin rəhbəri Oliver Zipse bildirib ki, Avropadakı müəssisələrlə yanaşı, Cənubi Afrikadakı “Rosslyn” zavodunun da işinə aprelin 19-dək fasilə verilməsi planlaşdırılır. 

Xatırladaq ki, bundan əvvəl Almaniyanın “Volkswagen”, “Audi” və “Daimler” kimi avtomobil istehsalçıları da Avropadakı zavodlarında işi dayandırmışdı.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh