Bakıya gələnlərin qeydiyyatı postlarda necə müəyyən ediləcək? — RƏSMİ AÇIQLAMA

Yol polisi 18 Mart 2020 21:00 Oxunub 1630
Bakıya gələnlərin qeydiyyatı postlarda necə müəyyən ediləcək?                              — RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov hər kəsi tövsiyyəyə əməl etməyə səsləyib

"Postlarda yeni şəxsiyyət vəsiqələrinin oxunması üçün texniki vasitələrdən istifadə olunacaq”.

Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya  açıqlamasında Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Bakıya giriş-çıxışın qadağan olunması ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirərkən deyib. Vaqif Əsədovun sözlərinə görə, yeni pasportlarda ünvanları oxumaq üçün lazım olacaq texniki vasitələr artıq hüquq-mühafizə orqanlarına verilib:

"Bunu qərarı verən təşkilat bilir. Vətəndaşların əksəriyyətinə yeni pasportlar verilib. O pasportları oxumaq üçün xüsusi texniki vasitələr var. Həmin texniki vasitələr Asan Xidmət, hüquq-mühafizə orqanları və bir çox aidiyyatı yerlərə verilib. Bu texniki vasitə postlarda qoyulacaq və hər bir vətəndaşın sənədi yoxlanılacaq. Heç kəs narahat olmasın. Sadəcə, verilən tövsiyyələri elə pasportsuz yerinə yetirməyə çalışaq”.

Vaqif Əsədov hər kəsi bu tövsiyyəyə əməl etməyə səsləyib: 

"Biz istəyirik ki, bunu insanlar narazılıqla qarşılamasınlar. Mövcud vəziyyəti təhlil etməyə bizə yardımçı olsunlar. İnşallah, aprelin 1-dən sonra qapılarımız açıq olacaq, kim istəyir onda gələr”.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh