Özünü 15-ci mərtəbədən atmaq istəyən qadını belə xilas etdilər - VİDEO

Avtosfer TV 18 Mart 2020 21:30 Oxunub 1278
Özünü 15-ci mərtəbədən atmaq istəyən qadını belə xilas etdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sifətindən xəsarətlər alan qadın təcili tibbi yardım briqadasının əməkdaşlarına təhvil verilib

Rusiyada xilasedicilər hündür mərtəbəli binadan özünü atmaq istəyən qadını xilas ediblər. Avtosfer.az xəbər verir ki, insident martın 18-də gündüz saatlarında İrkutsk əyalətinin Baykal traktatı yaxınlığında baş verib.

Hadisənin görüntüləri qarşı binadakı bir sakin tərəfindən qeydə alınıb.

Kadrlarda, 15-ci mərtəbənin eyvanının məhəccərindən tutaraq intihar etmək istəyən qadın görülür.

Xilasedicilər aşağıdakı mənzilin eyvanından uzun müddət onu fikrindən çəkindirməyə çalışsalar da, buna nail olmayıblar.

Bundan sonra qadın məhəccərdən tutaraq özünü aşağıya sallayıb. Bu zaman xilasedicilərdən biri qadının ayağından tutaraq aşağı çəkib və onu intihar etməkdən son anda xilas edib.

Sifətindən xəsarətlər alan qadın təcili tibbi yardım briqadasının əməkdaşlarına təhvil verilib.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh