“Formula-1” təqvimi dəyişib

Yarışma 19 Mart 2020 08:15 Oxunub 1450
“Formula-1” təqvimi dəyişib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fasilə mart-aprel aylarına təsadüf edəcək və 3 həftə sürəcək

“Formula-1”in Strateji İşçi Qrupu və Komissiyası təqvimdə dəyişiklik edib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, məcburi yay fasiləsi yaza keçirilib. Daim avqustda iki həftə istirahət edən komandalar bazalarını da bağlayırdı. Bu dəfə koronavirus pandemiyasına görə fasilə mart-aprel aylarına təsadüf edəcək və 3 həftə sürəcək.

Pandemiya səbəbindən Avstraliya, Çin, Vyetnam və Bəhreyn yürüşlərini təxirə salan “Formula-1”in Niderland, İspaniya və Monako mərhələsinin taleyi sual altındadır. Mayın 24-də start götürməsi planlaşdırılan yarışın dekabrın 20-dək davam etməsi və 18 mərhələdən ibarət olması nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh