Avtosfer.az | Reklam
Azərbaycan 123 vətəndaşını Macarıstandan gətirdi
Avtoxəbər 19 Mart 2020 10:09 320 dəfə oxunub
Azərbaycan 123 vətəndaşını Macarıstandan gətirdi
Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib

Bu gecə "Azərbaycan Hava Yolları" QSC (AZAL) Macarıstanın paytaxtı Budapeştdən Bakıya çarter reysi həyata keçirib. 

Avtosfer.az AZAL-a istinadən xəbər verir ki, aviareyslə 123 nəfər Azərbaycan vətəndaşı vətənə qayıdıb.

Bu, Azərbaycanın Milli aviadaşıyıcısının son günlər Avropadan yerinə yetirdiyi 2-ci çarter reysidir. Bundan əvvəl İtaliyanın paytaxtı Romadan Bakıya 161 nəfər gətirilmişdi. 

Bundan başqa, AZAL ötən gün İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu çarter reysi həyata keçirib. 

AZAL həmçinin Rusiyanın “Aeroflot” şirkəti əldə etdiyi razılaşma əsasında qonşu ölkənin paytaxtı Moskvadan və Sankt-Peterburq şəhərindən çarter reyslərini davam etdirir. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh