Avtomobil bazarında qiymətlər artacaq

Avtobazar 19 Mart 2020 19:00 Oxunub 1669
Avtomobil bazarında qiymətlər artacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qiymət artımı ikinci əl avtomobil bazarında mövsümi xarakter daşıyır

“Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlər 5 faiz bahalaşacaq”.

Avtosfer.az xəbər verir ki, bunu Bizimyol.info-ya açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər bildirib.

Ekspert deyib ki, avtomobil bazarında növbəti aylarda tələb və təklif artacaq: “Qiymət artımı ikinci əl avtomobil bazarında mövsümi xarakter daşıyır. Aprelin ortalarından bu artımı hiss edəcəyik”.

E.Cəfərin sözlərinə görə, aprel ayından başlayan qiymət artımı bu ilin sonuna kimi davam edəcək.

Qeyd edək ki, ekspertlərin sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi devalvasiya ehtimalını artırır. Belə olan halda idxal olunan avtomobillərin qiymətində bahalaşma gözlənilən həddən çox ola bilər.

Həmçinin böyük avtomobil markaları istehsal həcmlərini azaldırlar. Artıq “Toyota” və BMW Böyük Britaniyada istehsalı dayandırıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh