Lokomotiv avtomobili vurub bir neçə yüz metr sürüdü - VİDEO

Avtosfer TV 19 Mart 2020 19:30 Oxunub 1210
Lokomotiv avtomobili vurub bir neçə yüz metr sürüdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyalarını dəyişib

Lokomotivin minik avtomobilini vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Dağıstanda qeydə alınıb.

Kadrlarda, dəmir yol keçidində nəqliyyat vasitələri üçün işıqforun qırmızı işığının yandığı, bu zaman bir sürücünün qadağanedici siqnala məhəl qoymayaraq idarə etdiyi avtomobillə dəmir yolu keçidindən keçməyə çalışdığı və eyni anda sürətlə gələn lokomotivin ona çırpıldığı görülür.

Zərbənin təsirindən lokomotiv minik avtomobilini bir neçə yüz metr sürüyüb və maşın deformasiyaya uğrayıb.

Nəticədə 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyalarını dəyişib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh