“Obqon”a keçən avtomobil avtobusla toqquşdu: maşın parçalandı – FOTO + VİDEO

Avtosfer TV 19 Mart 2020 20:30 Oxunub 1697
“Obqon”a keçən avtomobil avtobusla toqquşdu: maşın parçalandı – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə iki nəfər ağır xəsarətlər alıb

Türkiyənin İzmir vilayətində minik avtomobilinin sərnişin avtobusu ilə toqquşma anının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az “DHA” agentliyinə istinadən xəbər verir ki, insident martın 18-də günorta saatlarında Bornova rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Bülənd A. idarə etdiyi 35 AGH 864 qeydiyyat nömrə nişanlı avtomobillə, qarşıda hərəkətdə olan H.Y.-nin idarə etdiyi 06 BEP 678 qeydiyyat nömrə nişanlı yük maşınını keçmək istəyərkən, əks zolaqdan gələn İsmail T.-nin idarə etdiyi 35 DB 2802 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Zərbənin təsirindən minik avtomobilindən qopan dəmir parçaları yük maşınına ziyan vurub.

Nəticədə 2 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh