"Formula 1" üzrə Monako Qran-prisi bu il keçirilməyəcək

Yarışma 20 Mart 2020 09:00 Oxunub 1332
"Formula 1" üzrə Monako Qran-prisi bu il keçirilməyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə ən qədim mərhələlərdən birinin təşkilatçıları bəyan ediblər

2020-ci ildə "Formula 1" üzrə Monako Qran-prisi heç bir tarixdə keçirilməyəcək. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə ən qədim mərhələlərdən birinin təşkilatçıları bəyan ediblər. Sonuncu dəfə Monakoda bu növ üzrə Qran-pri 1954-cü ildə keçirilməyib. Az öncə isə "cırtdan dövlət"in knyazı II Alberin koronavirusa yoluxduğu müəyyənləşib.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi bu gün Niderland, İspaniya və Monako Qran-prilərinin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb. Səbəb kimi koronavirus pandemiyası göstərilib. Beləliklə, builki dünya çempionatının 5 - 7 iyunda keçiriləcək Azərbaycan Qran-prisindən tez başlamayacağı müəyyənləşib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh