"Ekologiya postu”nun yeri dəyişdirilir - DYP-dən açıqlama

Yol polisi 20 Mart 2020 13:15 Oxunub 2256
"Ekologiya postu”nun yeri dəyişdirilir - DYP-dən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Postun arxa tərəfində yeni bina inşa edilir

Bakı-Sumqayıt yolunun üzərinə yerləşən, paytaxtın şimal giriş qapısı kimi tanınan və “Ekologiya postu” olaraq adlandırılan Dövlət Yol Polisi postunun yeri dəyişdirilir. Daha doğrusu, indiki yerindən bir qədər arxaya çəkilir. Əməkdaşımızın müşahidələrinə əsasən, hazırkı postun arxa tərəfində yeni bina tikilir.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı AYNA-ya açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib: “Bu plan uzun müddətdir ki, var. Postun arxa tərəfində yeni bina inşa edilir. Tikinti prosesinə artıq başlanılıb və iş gedir”.

“Yolun genişləndirilməsi ilə bağlı post bir neçə metr arxa tərəfə çəkilir və yenisi inşa edilir. Yeni post tam hazır olandan sonra hazırkı post yerindən götürüləcək”, - K.Əliyev deyib.

“Çox güman ki, may ayının sonlarına yaxın proses yekunlaşacaq. Yəni yeni yol istifadəyə veriləndə post da hazır olacaq” – o bildirib.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh