“KİA” ilə vurulan qadın dünyasını dəyişib - Yasamalda

Qəzalar 21 Mart 2020 16:15 Oxunub 965
“KİA” ilə vurulan qadın dünyasını dəyişib - Yasamalda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakı şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 20-də saat 22 radələrində Yasamal rayonunun Z.Əhmədbəyov küçəsində Bərdə rayon sakini V.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Məryəm İbrahimovanı vurub. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh