Avtosfer.az | Reklam
Alman şirkəti 117 mindən çox “Porsche Macan”ı geri çağırır
Avtoxəbər 21 Mart 2020 17:45 673 dəfə oxunub
Alman şirkəti 117 mindən çox “Porsche Macan”ı geri çağırır
Avtomobildə yanğın baş verə bilər

Almaniyanın “Volkswagen” şirkəti Çin bazarlarında 117 mindən çox “Porsche Macan” modelini geri çağırır. Avtosfer.az xəbər verir ki, buna səbəb yancaq ötürmə sistemində yaranan nasazlıqdır. Bu barədə martın 21-də Çin Xalq Respublikasının Bazar Tənzimlənməsi üzrə Dövlət İdarəsi məlumat yayıb.

Məlumata görə, çağırışa 2015-ci ildən 2018-ci ilə qədər ölkəyə ixrac olunan modellər şamil edilir.

Mütəxəssislərin fikrincə, yaranan nasazlıq qəfildən yanğına səbəb ola bilər, bu da sürücünün və sərnişinlərin həyatı üçün təhlükədir.

Çağırışa düşən bütün avtomobil sahibləri aprelin 1-də Çindəki diler mərkəzlərinə gələrək sözügedən nasazlığı pulsuz təmir etdirə bilərlər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh