Salyanda maşın aşdı, 1 nəfər xəsarət aldı

Qəzalar 21 Mart 2020 18:00 Oxunub 802
Salyanda maşın aşdı, 1 nəfər xəsarət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır.

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Renault” markalı minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Fətullayeva Səbahət İsmayıl qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh