Bakıda yol qəzasında 1 nəfər ölüb

Qəzalar 22 Mart 2020 12:00 Oxunub 799
Bakıda yol qəzasında 1 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Opel" və “Hyundai” markalı iki minik avtomobili toqquşub

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.  

Avtosfer.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sabunçu rayonunda "Opel" və “Hyundai” markalı iki minik avtomobili toqquşub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Hyundai" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Opel" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh