Avtosfer.az | Reklam
Sərxoş qadın taksi sürücüsünü döydü - VİDEO
Avtosfer TV 23 Mart 2020 12:55 830 dəfə oxunub
Sərxoş qadın taksi sürücüsünü döydü - VİDEO
Sonra o, sürücünü açıq pəncərədən də vurmağa davam edib

Rusiyada qadın sərnişin taksi sürücüsünü döyüb. Avtosfer.az xəbər verir ki, insident Tümen şəhərində qeydə alınıb. Bununla bağlı “5-ci” kanal görüntülər yayımlayıb. 

Kadrlarda, sərxoş vəziyyətdə olan sərnişin qadının taksidən düşməkdən imtina etdiyi və sürücünün üz-başına vurduğu görülür. Sonra isə ətrafdakı insanları görən qadın qışqıraraq, sürücünün onu zorlamaq istədiyini iddia edib. Ardınca avtomobildən enən qadın, sürücünü açıq pəncərədən də vurmağa davam edib.

Nəticədə taksiçi pəncərənin şüşəsini qaldıraraq hadisə yerindən uzaqlaşmağa nail olub.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh