Polisin saxladığı “Vito”ya “Sprinter” çırpıldı: 7 nəfər xəsarət aldı - FOTO

Qəzalar 23 Mart 2020 10:20 Oxunub 963
Polisin saxladığı “Vito”ya “Sprinter” çırpıldı: 7 nəfər xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Ukraynanın Kiyev əyalətində mikroavtobusun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident martın 22-də səhər saatlarında Kiyev – Xarkov trasının 76-cı kilometrliyində qeydə alınıb. Bu barədə ölkənin Milli Polisinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Yol Patrul Xidmətinin əməkdaşları ərazidə nəqliyyatın təhlükəsiz hərəkəti üçün apardıqları xidmət zamanı, “Mercedes-Benz Vito” markalı mikroavtobusu iri işıqlarından birinin yandığına görə saxlayıb. Bu anda arxadan gələn “Mercedes-Benz Sprinter” markalı yük maşını, mikroavtobusa sağ ön yan hissədən çırpılıb. Zərbənin təsirindən “Sprinter” çevrilərək aşıb. Nəticədə yük maşınının sürücüsü ilə sərnişini və “Vito”da olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh