Avtosfer.az | Reklam
Qəzadan sonra “taksi” yandı: sürücü özünü itirməyərək... - VİDEO
Avtosfer TV 23 Mart 2020 13:40 269 dəfə oxunub
Qəzadan sonra “taksi” yandı: sürücü özünü itirməyərək... - VİDEO
Qəzada ciddi xəsarət alan olmayıb

Sosial şəbəkədə yanğınla nəticələnən yol qəzasının görüntüləri yayımlanıb. Avtosfer.az xəbər verir ki, insident Rusiyanın Tomsk şəhərində qeydə alınıb.

Kadrlarda, taksi fəaliyyəti göstərən avtomobil yolun sola tərəfinə manevr edərək hərəkətinə davam etmək istəyir, ancaq bu zaman qarşıdan gələn digər minik avtomobillə toqquşur. Zərbənin təsirindən “taksi”nin ön hissəsi yanmağa başlayır.

Bundan sonra sürücü özünün itirməyərək dərhal avtomobildən enərək yanğınsöndürmə balonu ilə yanğını söndürür.

Hadisə şahidinin sözlərinə görə, qəzada ciddi xəsarət alan olmayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh