“Hyundai” “Mercedes”lə toqquşdu: 3 nəfər hadisə yerində öldü - FOTO

Avtosfer Foto 23 Mart 2020 14:30 Oxunub 2154
“Hyundai” “Mercedes”lə toqquşdu: 3 nəfər hadisə yerində öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Saratov əyalətində minik və yük avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza martın 23-də səhər saatlarında Sızran – Saratov – Volqoqrad avtomagistralının 419-cu kilometrliyində, Krasnoarmeyski rayonu ərazisində qeydə alınıb. 

Məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi “Hyundai Accent” markalı minik avtomobillə hərəkətdə olarkən yolun qarlı və buzlu olması səbəbindən sükan idarəetməsini itirib. Bundan sonra “Hyundai” əks zolağa çıxaraq qarşıdan gələn “Mercedes” markalı sement daşıyan maşınla toqquşub.

Hadisə yerinə xilasetmə, polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunub.  

Nəticədə minik avtomobilində olan sürücü və 2 sərnişin hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh