Bakıda piyadanı öldürən “KamAZ” sürücüsü tutulub

Qəzalar 23 Mart 2020 14:50 Oxunub 927
Bakıda piyadanı öldürən “KamAZ” sürücüsü tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabunçu RPİ tərəfindən araşdırma aparılır

Martın 21-də saat 17 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini İsmayıl Abdullayev vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının dərhal keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “KamAZ” markalı avtomobillə törətməkdə şübhəli bilinən paytaxt sakini S.Ömərov saxlanılıb və onun sərxoş halda olması müəyyən edilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh