Xokkey komandasının 19 yaşlı oyunçusu ağır yol qəzasına düşdü - VİDEO

Avtosfer TV 23 Mart 2020 16:00 Oxunub 1168
Xokkey komandasının 19 yaşlı oyunçusu ağır yol qəzasına düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın "Kuzneçkix medvedey” xokkey komandasında çıxış edən Mixail Frostov ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, insident martın 22-də Novokuzneçk şəhərinin Zorge küçəsində qeydə alınıb. Bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, içərisində 19 yaşlı oyunçunun olduğu “Hyundai Tucson” markalı avtomobil hərəkətdə olan zaman sürücünün idarəetməsindən çıxıb və maşın əvvəlcə yol kənarındakı bordürə çırpılıb, ardınca isə havada bir neçə dəfə çevrilərək çaya düşüb.

Nəticədə avtomobildəki Mixail Frostov və onunla birgə olan adı açıqlanmayan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Həkimlər 19 yaşlı idmançının vəziyyətini ağır qiymətləndiriblər və onun 4-cü qrup qana ehtiyacı olduğunu da deyiblər.

Bildirilir ki, avtomobili kimin idarə etdiyi hələlik məlum deyil.

Qəzadan sonra avtomobil qaldırıcı kran vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh