Abşeronda “Mercedes” yük maşınına çırpıldı: xəsarət alan var - FOTO

Qəzalar 24 Mart 2020 08:00 Oxunub 792
Abşeronda “Mercedes” yük maşınına çırpıldı: xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Abşeronda xəsarətlə nəticələnən yol qəzası olub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb. Belə ki, “99-KJ-291” dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili “Shacman” markalı yük maşınına çırpılıb. Qəza zamanı zərbənin təsiri o qədər güclü olub ki, minik maşınının ön hissəsi bir neçə hissəyə bölünərək yola dağılıb. Hadisə zamanı “Mercedes”in sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılıb.

Qəza yerinə DYP əməkdaşları cəlb olunub. “Mercedes” markalı avtomobilin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh