7 avtomobilin əzilməsinə səbəb olan sürücü hadisə yerindən qaçıb - FOTO

Qəzalar 24 Mart 2020 08:26 Oxunub 925
7 avtomobilin əzilməsinə səbəb olan sürücü hadisə yerindən qaçıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakının Nərimanov rayonunda yol qəzası törədən sürücü hadisə yerindən qaçıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəcəf Nərimanov küçəsində baş verib. "Volkswagen" markalı avtomobilin sürücüsü yüksək sürətlə nəqliyyat vasitəsini idarə edərkən avtomobil "Hyundai" markaılı digər nəqliyyat vasitəsinə çırpılıb. İdarəetmədən çıxan "Volkswagen" yol kənarında dayanan beş avtomobilə çırpılıb. Qəza nəticəsində ümumilikdə 7 nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisəni törədən sürücü daha sonra ərazidən qaçıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh