Vətəndaşlar qeydiyyatda olduğu ünvana rahat qayıda bilər - Kamran Əliyev

Yol polisi 24 Mart 2020 13:40 Oxunub 2285
Vətəndaşlar qeydiyyatda olduğu ünvana rahat qayıda bilər                            - Kamran Əliyev
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşlar qeydiyyatda olduğu ünvana sərbəst şəkildə qayıda bilərlər

Nazirlər Kabineti yanında Operativ qərargahın qəbul etdiyi qərara əsasən mart ayının 24-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxışa məhdudiyyət qoyulub. Artıq bugün gecə saatlarından etibarən bu məhdudiyyət tətbiq olunur. Rayonlarda qeydiyyatda olan, eyni zamanda Bakı, Sumqayıt və Abşeron rayonlarında qeydiyyatı olan vətəndaşların geri qayıtmasına da məhdudiyyət qoyulubmu? Sosial şəbəkələrdə, o cümlədən vətəndaşlar arasında bu sual ətrafında müxtəlif fikirlər formalaşıb. Avtosfer.az məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevə müraciət edib. Şöbə rəisi bildirib ki, vətəndaşlar qeydiyyatda olduğu ünvana sərbəst şəkildə qayıda bilərlər. "Məhdudiyyət Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatında olan şəxslərin digər rayonlara, o cümlədən rayon qeydiyyatında olan vətəndaşların əks istiqamətdə hərəkətinə aiddir. Amma şəxs rayon qeydiyyatındadırsa və məhdudiyyət tətbiq olunmamışdan əvvəl Bakı və Sumqayıt, o cümlədən Abşeron rayonuna gəlibsə qeydiyyatda olduğu ünvana qayıda bilər. O cümlədən Bakıdan kənarda olan, amma qeydiyyatı Bakı, Sumqayıt və Abşeron rayonuna olan şəxslər də postlarda müvafiq yoxlamadan sonra qeydiyyatda olduğu yerə qayıda bilərlər."

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh