Yol polisi hamilə qadını xəstəxanaya çatdırdı, qız övladı dünyaya gəldi - VİDEO

Yol polisi 24 Mart 2020 16:20 Oxunub 2175
Yol polisi hamilə qadını xəstəxanaya çatdırdı, qız övladı dünyaya gəldi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qızı olan ata yol polislərinə tort gətirib

Dünən gecə saatlarında Müşfiqabad qəsəbəsi ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3- cü tağımının xidmət apardığı posta yaxınlaşan  şəxs bildirib ki, avtomobildə hamilə qadın var və maşın xarab olub. Gecə saatlarında artıq məhdudiyyət tətbiq olunduğu üçün taksi də tapa bilməyiblər. 
Həmin vaxt ərazidə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir əvəzi polkovnik Xosrov Nəcəfov da olub. Məsələ ilə bağlı ona məruzə edilib. Xosrov Nəcəfovun göstərişi ilə polis baş leytenantı Aydın İsayev 99 YP  790 dövlət nömrə nişanlı, patrul avtomobili ilə həmin xəstəni Biləcəri qəsəbəsindəki xəstəxanaya çatdırıb. Gecə həmin ailənin qız övladı dünyaya gəlib. Bu gün səhər isə ailə üzvləri tort alaraq Müşfiq qəsəbəsi ərazisindəki posta gəliblər. Polis əməkdaşlarına şirniyyat verərək təşəkkür ediblər.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh