Avtosfer.az | Reklam
Qeydiyyatı olmadan Bakıya gələnlər postlarda cərimələnəcək - DİQQƏT
Gündəm 27 Mart 2020 00:50 384 dəfə oxunub
Qeydiyyatı olmadan Bakıya gələnlər postlarda cərimələnəcək -  DİQQƏT
Karantin rejiminin pozulmasına görə

Nazirlər Kabineti yanında Operativ qərargah tərəfindən tətbiq olunan məhdudiyyətə baxmayaraq müvafiq qeydiyyatı olmayan sürücü və sərnişinlər paytaxt istiqamətində qurulmuş postlara axın edir. Təbii ki, bu sıxlığa səbəb olur. Həm yol polisininin işi çətinləşir, həm də qeydiyyatı olan insanlar karantin qaydalarını pozanlar ucbatından saatlarla gözləməli olurlar. 

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, bu cür sürücü və sərnişinlərə qarşı cərimə tətbiq edilməlidir. "Bu karantin qaydalarının pozulması deməkdir. Belə olduqda qeydiyyatı olmadan postlara gələnlər 100 manat cərimə olunsun. Daxili İşlər Nazirliyi bu məsələyə nəzarət edə bilər. Yoxsa bu xaosun qarşısı alınmayacaq."
Ekspert bildirib ki, artıq kimsə xəbərsiz olduğunu iddia edə bilməz. "Artıq bütün kütləvi informasiya vasitələri bu barədə əhalinin məlumatlandırıb. Kimsə xəbərin yoxdur kimi siz deyə bilməz. Odur ki, Operativ qərargahın qəbul etdiyi qaydaları pozanlar cərimələnməlidir."

 

Fərid

ŞƏRH YAZ
Ad
E-mail
Şərh