Avtosfer.az | Reklam
Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA - VİDEO
Qaydalar 24 Mart 2020 19:42 644 dəfə oxunub
Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA  - VİDEO
Şəhərdə nəzarəti daha də gücləndirmək məqsədi ilə polis naryadlarının sayı artırılıb.

Xüsusi karantin rejimində koronavirus təhlükəsi ilə əlaqədar 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Buna nəzarət Daxili İşlər Nazirliyinə tapşırılıb. Nəzarət necə həyata keçiriləcək? Qadağanı pozanları hansı cəzalar gözləyir?

Şəhərdə nəzarəti daha də gücləndirmək məqsədi ilə polis naryadlarının sayı artırılıb.

Koronavirus infeksiyasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejim qaydalarının tətbiq edilməsindən sonra nəzarət Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.Avtosfer.az-ın məlumatına görə  Daxili İşlər Nazirliyinin əməkdaşı Ağgül Həmidzadə bildirdi ki, bütün ərazilərdə polisnaryadlarının sayı artırılıb. Onlar nöbəli şəkildə 24 saat xidmət aparırılar. Nazirliyin əməkdaşı onu da bildirdi ki, Post Patrul Xidmətlərinin əməkdaşları xidməti ərazilərində 65 və yuxarı yaş həddində vətəndaşlara rast gəldikdə onlarla əvvəlcə izahedici, maarifləndirici söhbət aparır və onlardan yaşadıqları ünvanlara qayıtmaları tələb edirlər.

Qeyd edək ki, karantin rejimini pozan 65 yaşdan yuxarı insanlara polis əməkdaşları tərəfindən protokol yazılaraq 100 manatdan 200 manatadək məbləğdə cərimələnəcək. Karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda isə onlar 2 min 500 manatdan 5 min manatadək miqdarda cərimələnə, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək azadlıqdan məhrum ediləcəklər.

Onu da qeyd edək ki, hazırda polis əməkdaşlarının hər birinin əlində xüsusi planşetlər var. Vətəndaşın üzərində şəxsiyyət vəsiqəsi olmadan belə həmin şəxs ad, soyad və ata adını dedikdə polis əməkdaşları planşetdə həmin qeydləri yazır və şəxsiyyəti müəyyənləşdirilir. Əgər həmin hal bir neçə dəfə təkrarlanarsa, onda vətəndaşlar barədə protokol tərtib olunur.

Gültən

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh