Sumqayıtda küçələr boşaldı - Polis koronavirusla bağlı təbliğatı gücləndirib - VİDEO

Qaydalar 25 Mart 2020 01:15 Oxunub 2018
Sumqayıtda küçələr boşaldı - Polis koronavirusla bağlı təbliğatı gücləndirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis digər vətəndaşları də karantin rejiminə əməl etməyə çağırır

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədiləqəbul etdiyi qərarda yaşı 65-dən yuxarı olan insanlarınevdən çıxması qadağan edilib. Avtosfer.az xəbər verir ki, lakin qadağalara baxmayraq hələdə şəhərin küçə və prospektlərində bu kateqoriyadan olan insanlara rast gəlmək mümkündür. Artıq respublika üzrə polisin küçələrdə həmin insanlarla apardığı təbliğat işləri nəticə verməkdədir. Sumqayıt Şəhər Polis İdarəsi və Yol Polisi Şöbəsi əməkdaşlarının gün ərzində küçə və yollarda apardığı təbliğat işləri nəticəsində saat 18:30-da mərkəz Sülh küçəsi boşalıb. Eyni vəziyyət digər küçələrdə də müşahidə edilib. Polis qoyulan qadağaları anlayışla qarşılayan vətəndaşlara təşəkkür edir, digər vətəndaşları də karantin rejiminə əməl etməyə çağırır.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh