Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - FOTO-VİDEO

Avtosfer TV 25 Mart 2020 01:45 Oxunub 1395
Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun yeni layihəsi hamı tərəfindən bəyənilib

Çinin Şanxay şəhərində 30 yaşlı bir ata çölə çıxarkən övladını koronavirusdan müdafiə etmək üçün qeyri-adi ixtiraya imza atıb. Onun yeni layihəsi hamı tərəfindən bəyənilib. Bu barədə “HaberGlobal” məlumat yayıb. Bildirilir ki, Bai Ying adlı şəxs uşağı təhlükəsizlik şəraitində saxlayan və daşına bilən kapsul hazırlayıb. Yeni qurğu hava filtri, içəridə karbondioksid sıxlığını və istiliyi göstərən monitor, həmçinin valideynlərin uşağa təmas etmədən toxunmasına imkan verən steril bir əlcəklə təchiz olunub.

Bai Ying yeni ixtirası barədə danışarkən uşaqların tənəffüs sisteminin zəif olduğundan maska taxmağın onlarda oksigen çatışmazlığına səbəb ola biləcəyini deyib. 

O, kapsulu “Death Stranding” video oyununa baxaraq hazırladığını vurğulayıb.

Bai Ying kapsuldan daha çox istehsal etmək üçün artıq bir firma ilə danışıqlara başladığını əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh