Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Qəzalar 25 Mart 2020 02:00 Oxunub 1365
Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer,az APA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobil prospektlə hərəkətdə olarkən idarəetmədən çıxaraq, əvvəlcə qarşısındakı  “Mercedes” markalı nəqliyyat vasitəsinə, sonra səkiyə çırpılıb. Rauf adlı şəxsin idarə etdiyi "Ravon" markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Nəticədə “Opel”də olan sürücü və sərnişin xəsarət alıb.

Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh