72 yaşlı sürücü yük maşını ilə yolda iş aparan işçiləri vurdu: 3 nəfər xəsarət aldı - VİDEO

Avtosfer TV 25 Mart 2020 13:30 Oxunub 1157
72 yaşlı sürücü yük maşını ilə yolda iş aparan işçiləri vurdu: 3 nəfər xəsarət aldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar xəstəxanaya çatdırılıblar

Rusiyada yük maşınının yolda təmir işləri aparan işçiləri vurma görüntüləri təhlükəsizlik kameraları tərəfində qeydə alınıb. Avtosfer.az xəbər verir ki, insident martın 24-də Veliky Novqorod şəhərinin M-11 trasında qeydə alınıb.

Kadrlarda, yolda xəbərdarlıqedici nişanın qoyulduğu və həmin hissədə təmir işləri aparan işçilərin olduğu görülür. Bu zaman hərəkətdə olan yük maşını qəfildən onların üzərinə hərəkət etməyə başlayır. Bundan sonra xəbərdarlıqedici nişana çırpılan maşın manevr edərək işçiləri vurur və aşır.

Nəticədə 1948-ci il təvəllüdlü sürücü və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri xəstəxanaya çatdırılıblar.

Digər təfərrüatlar barədə məlumat verilmir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh