Avtosfer.az | Reklam
Bakı Beynəlxalq Avtovağzal Kompleksi alınan biletləri geri qaytarır
Gündəm 25 Mart 2020 14:30 223 dəfə oxunub
Bakı Beynəlxalq Avtovağzal Kompleksi alınan biletləri geri qaytarır
Biletlərin qaytarılması ilə bağlı vacib məlumat!

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır. Avtosfer.az xəbər verir ki, bu günə qədər 1715 sərnişin artıq biletini geri qaytarıb. Digər sərnişinlər də 29,30, 31 mart tarixlərində onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər.

Qeyd edək ki, qaydaya əsasən, biletini onlayn qaydada əldə edən sənişinlər gedişdən imtina etdiyi zaman ödənilən məbləğ 7-30 iş günü müddətində onların hesabına geri köçürülür. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər.

Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması ilə bağlı 26 mart tarixindən etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Gültən

ŞƏRH YAZ
Ad
E-mail
Şərh