Əks zolağa keçən “VAZ” “Qazel”lə toqquşdu: 16 nəfər xəsarət alıb - FOTO

Qəzalar 25 Mart 2020 16:15 Oxunub 1240
Əks zolağa keçən “VAZ” “Qazel”lə toqquşdu: 16 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Stavropol diyarında minik avtomobilinin və sərnişin mikroavtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident martın 25-də səhər saatlarında “Qafqaz” federal trasının 402-ci kilometrliyində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, 60 yaşlı sürücü idarə etdiyi “VAZ-21115” markalı avtomobillə, ötmə əməliyyatını yerinə yetirən zaman yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Qazel” markalı şəhərlər arası marşrut mikroavtobusu ilə toqquşub. Zərbənin təsirindən “Qazel” bir neçə dəfə çevrilərək yol kənarına düşüb.

Nəticədə 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə Kabardino-Balkariya Respublikası ərazisində yerləşən xəstəxanalara çatdırılıblar. Onlardan 4-ün vəziyyəti orta-ağır kimi qiymətləndirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh