Rusiyada L-39 tipli təlim-döyüş təyyarəsi qəzaya uğrayıb - VİDEO

Qəzalar 25 Mart 2020 20:34 Oxunub 1133
Rusiyada L-39 tipli təlim-döyüş təyyarəsi qəzaya uğrayıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlkin ehtimallara görə, pilot dünyasını dəyişib

Rusiyada L-39 tipli təlim-döyüş təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident martın 25-də yerli saatla 16:00-da Krasnodar diyarında qeydə alınıb. Bu barədə jurnalistlərə ölkənin müdafiə naziri bildirib.

Məlumata görə, təyyarəni Krasnodar Ali Hərbi Aviasiya Məktəbinin 4-cü kurs kursantı idarə edib. Uçuş plan üzrə həyata keçirilib.

İlkin ehtimallara görə, pilot dünyasını dəyişib.

Təyyarənin düşdüyü yerə axtarış-xilasetmə xidmətinin mütəxəssisləri göndərilib.

Bölgədəki təcili xidmətdən bildirilib ki, hava gəmisi boş əraziyə düşüb və sonra yanğın baş verib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh