Avtosfer.az | Reklam
Deputat "Relax"-ın rəhbərliyinə və həkimlərə təşəkkür etdi - FOTO
Gündəm 26 Mart 2020 09:45 159 dəfə oxunub
Deputat "Relax"-ın rəhbərliyinə və həkimlərə təşəkkür etdi  - FOTO
Karantində olan vətəndaşlarımız qida, geyimlə təmin olunublar

"Bütün dünya olduğu kimi Azərbaycan da koronavirusla mübarizə aparır".

Avtosfer.az xəbər verir ki, bunu Sonxeber.az-a danışan İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, insanlarımızın sağlamlığını qorumaq üçün cənab prezident və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladılar: "Onların bu humanist adımından sonra bir çox iş adamları, biznesmenlər, deputatlar da bu təşəbbüsə qoşuldu. Bu cür humanist addımlardan birini də Lerikdə yerləşən "Relax" istirahət mərkəzinin rəhbərliyi atdı. Belə ki, "Relax" istirahət mərkəzinin rəhbəri dövlətimizin üzləşdiyi bu çətin durumda öz qazancını deyil vətəndaşlarının sağlamlığını düşünərək qapısını xaricdən çarter reyslər vasitəsilə müxtəlif ölkələrdən gətirilən azərbaycanlıların üzünə açdı. Karantində olan vətəndaşlarımız qida, geyimlə təmin olunublar. Onlara xidmət etmək üçün istirahət mərkəzinə 50-60 həkim briqadası gətirilib. Həmin həkimlər maşınlarla təmin olunublar. Həkimlər cənub bölgəsində monitorinq apararaq, insanlarımızın sağlamlığı ilə yaxından maraqlanırlar. İstirahət mərkəzinə yaxın ərazidə yerləşən kəndlərdə yaşayan leriklilər də karantində olan vətəndaşlarımıza dəstək olur, onların qidalanmaqları üçün kənd məhsulları göndərmək istədiklərini bildirirlər. Təsəvvür edirsiniz, istirahət mərkəzinə gətirilən bir ailədə 5-6 aylıq körpə var. Otelə gələn zaman o körpənin uşaq bezi belə yox idi. Həmin ailəyə otel rəhbərliyi tərəfindən lazım olan bütün köməklik göstərilib. Karantində olan vətəndaşlarımız onlara göstərilən qayğıdan razı olduqlarını və bunun onlarda yüksək əhval-ruhiyyə yaratdığını söyləyirlər.Həqiqətən insanlarımızın bir-birinə bu cür qayğı göstərməsi sevindiricidir. Mən "Relax" istirahət mərkəzinin rəhbərliyinə, həkimlərimizə və bütün leriklilərə bu çətin dövrdə dövlətimizə, insanlarımıza dəstək olduqları üçün təşəkkür edirəm. Koronavirusla mübarizədə Azərbaycanın bütün həkimləri böyük fədakarlıq göstərir. Bu gün insanlarımızın sağlamlığı üçün gərgin iş rejimində çalışan səhiyyə işçilərimizə, Lerik rayon həkimlərinə bir vətəndaş kimi minnətdarlığımı bildirirəm. İnanıram ki, biz bu cür həmrəy olaraq nəinki koronavirusun, bütün bəlaların öhdəsindən layiqincə gələrik".
Deputat "Relax"-ın rəhbərliyinə və həkimlərə təşəkkür etdi - FOTOLAR

Deputat "Relax"-ın rəhbərliyinə və həkimlərə təşəkkür etdi - FOTOLAR

ŞƏRH YAZ
Ad
E-mail
Şərh