Misirdə TIR 16-ya yaxın avtomobilə çırpıldı: azı 18 ölü, 12 yaralı - FOTO

Qəzalar 26 Mart 2020 11:00 Oxunub 855
Misirdə TIR 16-ya yaxın avtomobilə çırpıldı: azı 18 ölü, 12 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınının sürücüsü saxlanılıb

Misirdə TIR-ın iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Qahirənin şəhərətrafı Giza rayonunda qeydə alınıb. Bu barədə “Əl-Yaum əl-Sabia” portalı məlumat yayıb.

Məlumata görə, koronavirus pandemiyasına görə ölkədə komendant saatı tətbiq olunub və bu səbəbdən də polis nəzarət-buraxılış məntəqəsində 16-ya yaxın avtomobili saxlayaraq yoxlama aparıb. Bu zaman inşaat materialları daşıyan TIR yüksək sürətlə nəqliyyat vasitələrinə çırpılıb.

Nəticədə azı 18 nəfər dünyasını dəyişib, daha 12-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar, qəza yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Bildirilir ki, TIR-ın sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh