Avtosfer.az | Reklam
İtkin düşmüş 3 nəfər tapılaraq ailəsinə təhvil verilib
Gündəm 26 Mart 2020 11:15 122 dəfə oxunub
İtkin düşmüş 3 nəfər tapılaraq ailəsinə təhvil verilib
Axtarışda olan 5 nəfər saxlanılıb

Bakının polis orqanları tərəfindən qeydə alınana cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 25-də paytaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 17 cinayətin üstü açılıb. Onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən sağlamlığa ağır zərər vurma 1, quldurluq üzrə 1, narkotiklərin qanunsuz dövriyyəsinə görə 4, baş vermiş oğurluq hadisələri ilə əlaqədar 4 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 5 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh