Avtosfer.az | Reklam
Bakı metrosundan istifadə edənlərin sayı 7% artıb
Gündəm 26 Mart 2020 16:00 110 dəfə oxunub
Bakı metrosundan istifadə edənlərin sayı 7% artıb
Sərnişinlərin sayı 36,4 mln. nəfər olub.

Bu ilin yanvar-fevral aylarında "Bakı Metropoliteni" QSC 38,9 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% çoxdur.

Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-fevral ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 36,4 mln. nəfər olub.

Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh